"Real" Ardadan sonra "Fənərbaxça"nın bu futbolçusunu istəyir

“Real Madrid”in Arda Gülerin ardından yenidən “Fənərbaxça”nın qapısını döyməyə hazırlaşdığı iddia edilib.

Metbuat.az xəbər verir ki, "Real Madrid"in 16 yaşlı Yasir Bozu transfer etmək istədiyi qeyd edilib. Böyük Britaniyanın “TEAMtalk” saytının məlumatına görə, “Real Madrid” Yasir Bozu "izlənəcək futbolçular" siyahısına əlavə edib. Bildirilir ki, Yasir Boz Ardanın “Real Madrid”ə transferində fəal iştirak edən menecer Kristof Henrotayın diqqətindədir. İddia edilir ki, Kristof Henrotay sayəsində futbolçu “Real Madrid”ə transfer ola bilər. Həmçinin qeyd edilir ki, futbolçu ilə İngiltərənin “Brighton” klubu da maraqlanır. İstedadlı futbolçunun Avropanın digər klublarının da marağında olduğu qeyd edilib.

Qeyd edək ki, “Fənərbaxça” ilə peşəkar müqavilə imzalayan gənc istedadın klubla 2026-cı ilə qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR