Bu il 150 kənd qazlaşdırılacaq

Bu ilin noyabr ayından etibarən Azərbaycanda daha 40 kənd və yaşayış massivlərinin qazlaşdırılmasına başlanılacaq.

Metbuat.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, bu kənd və yaşayış massivlərinin qazlaşdırılması işləri növbəti ilin birinci rübü üzrə yekunlaşması nəzərdə tutulub: “Cari ildə Azərbaycanda 150 kənd və yaşayış massivin qazlaşdırılması nəzərdə tutulub ki, artıq onlardan 110-da işlər yekunlaşmaq üzrədir.

E. Vəliyev bildirib ki, bu ilin yanvar-sentyabr aylarında “Azəriqaz” tərəfindən ölkə ərazisində 229 kilometr yeni qaz xətləri çəkilib və korroziyaya uğramış köhnə xətt yenilənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı