Ərdoğan İsraillə bağlı dünya ölkələrinə ÇAĞIRIŞ ETDİ

“Təhlükəsizliyi uşaqların, qadınların və mülki şəxslərin qətliamları, xəstəxanaların, məktəblərin, məscidlərin və kilsələrin bombalanması ilə təmin etmək olmaz”.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan deyib.
“İsrail rəhbərliyi öz səhvlərini düzəltməyə çalışan bir təşkilat kimi və regiondan kənar oyunçuların təhriki ilə hərəkət edir.
İsrail hökumətini dinc əhaliyə qarşı hücumları artırmamağa və məhvetmə əməliyyatlarını dayandırmağa çağırıram”, – deyə Türkiyə lideri qeyd edib.
Ərdoğan həmçinin bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzza zolağında humanitar atəşkəsin tezliklə bərqərar edilməsi təşəbbüslərini ürəkdən dəstəkləməyə dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı