Ermənistanda 3 günlük matəm elan olunması təklif edildi

Özünü buraxmış qondarma rejimin keçmiş "dövlət naziri" Artak Beqlaryan Ermənistanda matəm elan olunmasını təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.

Artak Beqlaryan qeyd edib ki, Qarabağdakı antiterror tədbirlərində ölənlərin, ermənilərin Qarabağdan köçməsinin və Xankəndidəki yanacaq anbarında baş vermiş partlayış qurbanlarının xatirəsinə matəm elan edilməli idi, lakin hökumət bununla bağlı heç bir təklif də etməyib:

"Oktyabrın 29-nu müharibənin başlanmasının 40-cı günündə matəm elan etmək üçün son fürsəti hesab edərdim ki, bu, mənim fikrimcə, ən azı üç gün olmalıdır", - Beqlaryan vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı