Ermənistanda deputat istefa verdi

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü Armen Çarçyan istefa verib.

Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb.

"Mən mandatımdan imtina edirəm ki, işimə qayıdım, xalqa faydam olsun", - deyə Çarçyan qeyd edib.

Qeyd edək ki, o, 2017-ci il fevralın 8-də Zəngəzur vilayətinin Sisian rayonunun keçmiş başçısı Artur Sarkisyana qarşı ittihamlarla bağlı təyin edilmiş ikiqat məhkəmə-tibbi ekspertiza komissiyasının tərkibinə ekspert qismində daxil edilərək saxta rəy verməkdə günahlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı