Paşinyan Şahramanyana qondarma rejimin ləğvi ilə bağlı şəxsən çağırış edib - KİV

"Paşinyan şəxsən Şahramanyanı "Dağlıq Qarabağ"ın ləğvi haqqında fərmanı imzalamağa çağırıb".

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraprak" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyan Samvel Şahramanyanın imzaladığı fərmanın mətnindən əvvəlcədən məlumatlı olub. Ermənistanın baş naziri şəxsən Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb:

"Xüsusən də azərbaycanlılar "Artsax"ın ləğvi, dövlət qurumlarının, ordunun ləğvi, silah-sursatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinə verilməsi haqqında qərarda öz əksini tapmış tələblərini Qarabağ ermənilərinə çatdıranda Şahramanyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla əlaqə saxlayıb. Onun vasitəçiliyi ilə Paşinyanla yalnız bir telefon danışığı aparıb. Həmin zaman Paşinyan dərhal Azərbaycanın bütün tələblərini yerinə yetirməyə çağırıb", - deyə KİV yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı