BMT Azərbaycanla əməkdaşlığı genişləndirəcək - RƏSMİ

Dayanıqlı, yetərli maliyyə imkanları olmalıdır ki, inkişafdan geri qalmayaq.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu zamanı çıxışında deyib.

“Maliyyə mənbələrdən biri də dövlət büdcəsidir. Azərbaycanda BMT ailəsi davamlı olaraq tərəfdaşlarla çalışacaq. Bu sammit çərçivəsində əməkdaşlığımızı genişləndirəcəyik. Növbəti bir neçə həftə ərzində bizi irəli aparacaq imkanlardan faydalanacaq, yararlı müzakirələr aparacağıq”, - deyə bildirib.

Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.

“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı