ABŞ bazasına hücum edildi

Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke vilayətinin Malikiyye rayonundakı ABŞ bazasına PUA ilə hücum həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Trthaber" yerli mənbələrə istinadən məlumat verib. Bildirilib ki, İraq sərhədinə yaxın Malikiyye rayonundakı ABŞ qüvvələrinin Robarya bazasına mənşəyi məlum olmayan silahlı pilotsuz uçuş aparatı ilə hücum təşkil edilib. Tələfat qeydə alınmasa da, hərbi bazaya zərər dəyib. ABŞ hücumla bağlı hələlik açıqlama verməyib.

Həmçinin ABŞ ordusunun Suriyanın cənubunda yerləşən Tenf bölgəsindəki bazaya 3 PUA ilə hücum cəhdi edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı