Avro ucuzlaşır: Bəs, dolları nə gözləyir?

Dünya bazarında avronun ucuzlaşması dolların indeksini gücləndirib.

Metbuat.az-ın məlumatına görə, son həftə ərzində dünya bazarında dolların indeksi 0,33% artaraq 105,95 səviyyəsində olub. ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb.

Ekspertlərin qənaətinə görə, dollar möhkəm olaraq qalacaq. Çünki Avropa iqtisadiyyatı və siyasətinin bugünkü vəziyyəti birmənalı deyil.

Qlobal maliyyə bazarlarıda ABŞ istiqrazlarının gəlirliliyindəki artımdan təsirlənib. Nəticədə, 10 illik xəzinədarlıq gəlirliliyi 5%-dən yuxarı qalxıb ki, bu da 2007-ci ilin iyul ayından bu yana ən yüksək səviyyə deməkdir.

Britaniya funtu da 0,3% ucuzlaşaraq 1,2212 dollar olub. Kriptovalyuta bazarlarında da bitkoin Asiya ticarət saatlarında yüksəlməyə davam edərək 2022-ci ilin may ayından bu yana ən yüksək göstərici olan 35,198 dollara çatıb.

Qeyd edək ki, Federal Ehtiyat Sisteminin qərarından sonra İngiltərə Bankı gələn həftə cümə axşamı faiz dərəcələrini təyin etməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı