Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapıldı - YENİLƏNİB

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.

***

09:37

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

Metbuat.az xəbər verir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.

Digər hadisə isə Tovuzda baş verib. 2009-cu il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR