Azərbaycan və Türkiyə niyyət protokolu imzaladı

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi yanında Mədən və Neft İşləri Baş İdarəsi arasında niyyət protokolu imzalanıb.

Metbuat.az xəbər verir ki, sənəd iki ölkənin geologiya və dağ-mədən sənayesi sahəsində əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

İmzalanma mərasimi Bakıda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumu çərçivəsində baş tutub.

Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda 30 ölkədən 70 mütəxəssis iştirak edir. Ötən gün başlamış forumun işinə bu gün yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı