Messi və Suares eyni klubda görüşür - Razılıq əldə olundu

“İnter Mayami” klubu Luiz Suaresi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Martinez, Viktor Ulloa və Jak LaCavanı klubdan göndərən rəhbərlik hücumçu mövqeyi üçün Suaresi hədəfə alıb. Bildirilir ki, “İnter Mayami”nin Suaresi transfer etməsinin səbəbi onun Messi ilə yaxın dost olmasıdır. Məlumata görə, tərəflər arasında artıq razılıq əldə edilib.

Qeyd edək ki, Braziliya A Seriyasının “Qremio” klubunda forma geyinə Suares klubdan ayrılacağını açıqlayıb. O yeni klubunun adını açıqlamayıb. Suares "Qremio"da ildə təxminən 4,5 milyon dollar məvacib alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR