Bakıda evdən 15 000 dollar və 5 000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 15 000 ABŞ dolları və 5 000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.