Bakıda yaxın iki günün havası ilə bağlı XƏBƏRDARLIQ

Bu gün Bakı şəhəri və Abşeron yarımadasında səhər saatlarından başlayaraq havada toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Metbuat-a verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, havada tozun miqdarı 1,6 dəfə normadan yüksək olub.

Müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir və bu cür hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı