Şahdağ Milli Parkında yanğın olub - VİDEO

Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlığında yerləşən Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində Şahdağ Milli Parkının ərazisində 600m2 sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR