Qazaxıstanda şaxtadakı qəzada ölənlərin sayı 45-ə çatdı

Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 45-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, bir şaxtaçının axtarışları aparılır.

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 42 nəfərin öldüyü deyilirdi.

Qeyd edək ki, qəza anında şaxtada 252 nəfər olub. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı