Ceyhun Bayramov Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşdü

30 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı