Müəllimlərin nəzərinə: Maaşlara əlavələr ediləcək

Azərbaycanda sertifikasiyadan keçən müəllimlərin əməkhaqqlarına əlavə sentyabrın 1-dən hesablanacaq.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, onlara növbəti aydan əlavələrin verilməsi nəzərdə tutulub.

Həmin əlavələr zamanı sentyabr və oktyabr aylarının da ödənişləri ediləcək.

Belə ki, sertifikatlaşdırmanın test imtahanı və müsahibə mərhələsindən uğurla keçmiş təhsilverənlərin vəzifə maaşlarına aylıq aylıq əlavələr 1 sentyabr tarixindən təsdiq edilmiş siyahıya uyğun olaraq hesablanacaq və ödəniləcək.

Bununla bağlı Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinə, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinə, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinə müvafiq tapşırıqlar verilib.

Həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırılıb ki, sertifikatlaşdırmadan keçməmiş təhsilverənlərlə bağlı təhlillər aparsın, qanunvericiliyin tələbləri gözlənilməklə yerli bölmələrlə birlikdə zəruri tədbirlər görsün.

Eyni zamanda Təhsil İnstitutuna da sertifikatlaşdırmadan keçməmiş təhsilverənlərin peşəkar inkişafının artırılması istiqamətində tədbirlərin görülməsini, müvafiq kurslara cəlb olunması üçün təlim proqramlarının hazırlanmasını və təlimlərin keçirilməsini təmin etmək tapşırılıb.

Elm və təhsil naziri Emin Əmrullayev yuxarıda qeyd olunanların icrasına nəzarəti müavini Həsən Həsənliyə həvalə edib.

Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı