“Qarabağ”dan sürpriz məğlubiyyət

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Qurban Qurbanovun komandası 1:2 hesabı ilə uduzub.

“Qarabağ”ın yeganə qoluna Juninyo imza atıb. “Araz-Naxçıvan”ın qollarını isə Orxan Əliyev və Elvis Maşuke vurub.

Bununla da “Qarabağ” ardıcıl 3-cü oyunda meydandan qələbəsiz ayrılıb. Premyer Liqanın 10-cu turunda səfərdə “Turan Tovuz”la 2:2-lik bərabərliyə imza atan komanda, daha sonra Avropa Liqasının qrup mərhələsində “Bayer”ə 1:5 hesabı ilə məğlub olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı