Bayden bu halda İsrailə yardıma veto qoyacaq

ABŞ Konqresi Ukraynaya dəstəyi özündə əks etdirməyən İsrailə yardım layihəsini təsdiq edərsə, Prezident Co Bayden veto hüququndan istifadə edəcək.

Metbuat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Prezident bunların hamısının nəzərə alınmasını, Konqres tərəfindən eyni zamanda hərəkətə keçməsini istəyir", - Kirbi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı