Qəzza zolağında əməliyyat başlayandan İsrail hərbçiləri Fələstinin HƏMAS təşkilatının silahlı qüvvələrinin 10 yüksəkrütbəli komandirini öldürüb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari məlumat verib.
“Biz HƏMAS-ın səhra komandirlərini yerdə və yeraltı təqib edir və məhv edirik. Döyüş əməliyyatları başlayandan biz Baş Təhlükəsizlik Xidməti ilə birlikdə rütbəsi briqada komandirinə uyğun gələn 10 HƏMAS terrorçusunu məhv etmişik. Bunlar döyüşlərə komandanlıq etmiş rəhbərlərdir”, – o qeyd edib.
Haqarinin sözlərinə görə, zərərsizləşdirilmiş komandirlər oktyabrın 7-də İsrail ərazisinə hücumun planlaşdırılmasında iştirak ediblər və bu planları öz bölmələri ilə birlikdə həyata keçiriblər.