Sevil Kərimova yüksək vəzifəyə təyin olundu

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyinatı olub.

Metbuat.az xəbər verir ki, nazirlikdən APA-ya cavab olaraq bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmrinə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Əlifəttah qızı Kərimova şöbənin müdiri vəzifəsinə təyin edilib.

Sevil Kərimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb.

O, Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Turizm və Menecment Universiteti, ADRA və ADMİU-da pedaqoji fəaliyyət göstərib. 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Sənətşünaslıq və Memarlıq üzrə Ekspert şurasının sədr müavini olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı