CHP-nin yeni başqanı Özgür Özel kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

Metbuat.az xəbər verir ki, CHP-nin 8-ci başqanı olan Özgür Özel 1974-cü ildə Manisada doğulub.

Balkan kökənli ailənin övladı olan Özel Ege Universiteti məzunudur, ixtisasca əczaçıdır. O, siyasətə qoşulmadan öncə Türk Əczaçılar Birliyinin baş katibi olub.

1999-cu ildə özəl əczaçı kimi fəaliyyətə başlayıb. 2001-2007-ci illərdə Manisa Əczaçılar Palatasında bir müddət baş katib, iki dövr isə palata sədri vəzifələrində çalışıb. Bu müddətdə Manisa Akademik Palatalar Birliyinin müddətli sözçüsü və rəhbəri olub. Bundan əlavə, Beynəlxalq Əczaçılıq Federasiyası, Avropa Birliyinin Əczaçılıq Qrupu və Avropa Əczaçılıq Forumu kimi beynəlxalq təşkilatların üzvüdür.

2007-2011-ci illər arasında Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar, iki dövr baş katib vəzifələrində çalışıb. Həmin dövrdə Manisanı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Türkiyə Böyük Millət Məclisində işlədiyi müddətdə Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyası, CHP Həbsxanaları İzləmə və İstintaq Komissiyası, CHP Universitet və Tələbə Problemləri Araşdırma Komissiyası, Türkiyə Böyük Millət Məclisi Soma Mədən Araşdırma Komissiyasına üzvlük kimi mühüm vəzifələri öz üzərinə götürüb.

25, 26 və 27-ci dövrlərdə Cümhuriyyət Xalq Partiyasının qrup sədrinin müavini olaraq Türkiyə Böyük Millət Məclisində CHP-nin işinə rəhbərlik edib, 2015-ci ildə isə deputat qrupunun sədri olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR