“Real” Mbappe ilə bağlı açıqlama yaydı

"Real Madrid" klubu Kilian Mbappe ilə razılığa gəldiyi iddiaları ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, “Real Madrid” Kilian Mbappe ilə razılığın əldə olunduğu haqda xəbərləri təkzib edib. Klubdan verilən açıqlamada, “Futbolçu Kilian Mbappe ilə klubumuz arasında iddia edilən danışıqlarla bağlı müxtəlif KİV-lərdə yayılan məlumatları nəzərə alaraq, “Real Madrid CF” olaraq bu məlumatın tamamilə yalan olduğunu bildirmək istərdik. Belə bir görüş olmayıb'' deyə bildirilir.

Qeyd edək ki, xarici KİV-lərdə mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Kilian Mbappenin “Real Madrid”lə razılığa gəldiyi barədə xəbərlər dərc edilib. Tərəflərin bir araya gəldiyi iddia edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR