Messidən təəccüblü qərar - Seçimi "Bavariya"dan oldu

Lionel Messi "Qızıl Oğlan" səsverməsində iddia edildiyi kimi əsas səsini Cud Bellinqemə verməyib.

Metbuat.az xəbər verir ki, Messi “Bavariya”nın futbolçusu Camal Musiala səs verib. Argentinalının ikinci seçimi “Barselona”nın gənc istedadı Pedri olub. Lionel Messi Cud Bellinqemə 1 xal verərək onu üçüncü pillədə qərarlaşdırıb.

Qeyd edək ki, "Qızıl Oğlan" səsverməsində birinci seçimə üç xal, ikinci seçimə iki xal və üçüncü seçimə bir xal verilir. "Qızıl Oğlan" mükafatını "Real Madrid"in 20 yaşlı ulduzu Cud Bellinqem qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR