Gələn il Milli Məclisin xərclər smetası 51 milyon manata yaxın olacaq

Milli Məclis və onun aparatının gələn il üçün xərclər semtası 50 milyon 919 min 10 manat məbləğində təşkil edəcək.

Metbuat.az bildirir ki, bu, "Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında" qərar layihəsində əksini tapıb.

Belə ki, Milli Məclis və onun aparatının əməyin ödənişi xərcləri 38 milyon 248 min 130 manat təşkil edəcək. Ştatda olan işçilərin əməkhaqqına 28 milyon 390 min 119 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 26 min 880 manat xərclənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı