Türkiyə MN-dən Azərbaycan himni ilə təbrik mesajı - FOTO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan dövləti və xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında paylaşım edilib.

Türkiyə MN ölkəmizi Azərbaycan Dövlət himninin sözləri ilə təbrik edib:

“Sən olasan Gülüstan,

Sənə hər an can qurban.

Sənə min bir məhəbbət sinəmdə tutmuş məkan.

Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!

Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr - Zəfər Gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR