Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - o, axşam videomüraciətində bildirib.

Daha əvvəl Azərbaycanın ilin sonuna qədər paylayıcı şəbəkələrinin bərpası üçün avadanlıqları Ukraynaya verməsi planları açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR