Türkiyə futbolunun əfsanəvi məşqçilərindən hesab edilən Fatih Terimin anlaşdığı Səudiyyə Ərəbistanı klubunun adı açıqlanıb.
Metbuat.az xəbər verir ki, Fatih Terimin “Əl-Əhli” klubu ilə razılıq əldə etdiyi irəli sürülür. Bildirilir ki, “Əl-Əhli” transfer dövründə 200 milyon avro xərcləsə də, çempionluq yarışında uğurlu oyun nümayiş etdirə bilməyib. Klub rəhbərliyi Matthias Jaissleni istefaya göndərmək barədə qərar verib. “Əl-Əhli” klubunun Fatih Terimə illik 20 milyon avro qarşılığında 3 illik müqavilə təklif etdiyi bildirilir. Fatih Terim “Əl-Əhli”nin təklifinə razılıq verib.