Tuxel Mbappenin transferini açıqladı

"Bavariya"nın məşqçisi Tuxel Kilian Mbappenin onlar üçün oynayacağını bildirib.

Metbuat.az xəbər verir ki, Tuxel fransalı oyunçu ilə yenidən bir araya gəlməkdən məmnun olacağını bildirib. Tuxel Mbappeni “Allianz Arena”ya gətirməyə razı salmağa hazır olması ilə bağlı yumoristik yanaşma nümayiş etdirib.

"Canal+"a danışan "Bavariya"nın məşqçisi "Mbappe gələn il azaddırmı? Bəli, o, komandamıza transfer olunacaq. O, bizim üçün oynayacaq. Kilian, Kilian çox ağıllıdır. Yaxşı münasibətimiz var idi. “Bavariya”ya gəlmək istəsə, gedib onu özüm alacam. O bir şey istəyəndə edir” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR