"​Qalatasaray “xəzinə tapdı" - Fantastik təklif

“Qalatasaray”ın Çempionlar Liqasında “Bavariya”ya qarşı üstün oyunu bir sıra klubların marağına səbəb olub.

Metbuat.az xəbər verir ki, türk klubunun 1-3 hesablı məğlubiyyətinə baxmayaraq, futbolçular uğurlu çıxış edib. “Tottenhem” klubu "Qalatasaray"ın ulduz futbolçuları Kerem Aktürkloğlu, Viktor Nelsson və Sacha Boeyin oyununu bəyənib. “Tottenhem” bu 3 futbolçunu almaq üçün hərəkətə keçib. İddialara görə, məşqçilər heyəti futbolçuların qarşıdakı transfer dövründə heyətə cəlb edilməsini tələb edib. Xüsusilə danimarkalı müdafiəçi Viktor Nelsson “Tottenhem”in əsas hədəfi hesab edilir. “Qalatasaray”ın bu futbolçular üçün azı 80 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, "Aston Villa" və "Everton"un da Kerem Aktürkloğlunu heyətinə qatmağı hədəflədiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR