ABŞ-ın 100 diplomatı Baydenin Qəzza siyasətinə qarşı çıxdı

ABŞ-da Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin 100 diplomatı Prezident Co Baydenin İsrailin Qəzzaya hücumları ilə bağlı yalan məlumat yaydığını irəli sürüb.

Metbuat.az xəbər verir ki, Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyində çalışan 100 diplomatın imzaladığı bəyannamədə İsrailin Qəzzada “müharibə cinayətləri” törətdiyi bildirilib. Bəyanatda vurğulanıb ki, Bayden oktyabrın 10-da verdiyi açıqlamada HƏMAS-ın İsrailə hücumları ilə bağlı yalan məlumat paylaşıb.

Dövlət Departamentinin siyasət idarəsinə təqdim edilən bəyanatda ABŞ-dan İsrail və HƏMAS-ın nəzarətində olan məhbusların azad edilməsi üçün çalışmağa çağırılıb və minlərlə fələstinlinin heç bir ittiham irəli sürülmədən İsrail həbsxanalarında saxlandığına diqqət çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı