Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək

Sabah Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı gözlənilir.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR