Sabah Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-a verilən məlumata görə, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci km-də yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar 15.11.2023-cü il tarixində saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.