Futbol tarixinin rekordu qırılacaq - 240 milyonluq təklif qəbul edilir

Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan "Əl İttihad" İtaliya A Seriyasında çıxış edən "İnter"in hücumçusu Lautaro Martinez üçün rekord təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, "Əl İttihad" hücumçu üçün 240 milyon avro təklif edib. “Sport”un məlumatına görə, təklif “İnter” tərəfindən qəbul olunarsa, bu futbol tarixində futbolçu üçün ödənilən ən yüksək transfer haqqı kimi tarixə düşəcək. “İnter”in bu təklifi qəbul edəcəyi irəli sürülür.Bundan əvvəlki rekord 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçən Neymar məxsusdur.

Qeyd edək ki, Fabinyo, Kərim Benzema və Nqolo Kante kimi dünyaca məşhur ulduzları heyətinə qatan "Əl İttihad"ın yeni transferlər üçün də fantastik büdcə ayırdığı qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı