Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.
Metbuat.az publika.az-a istinadən xəbər verir ki, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.
"Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.
Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.