Braziliyanın keçmiş futbolçusu Rivaldo Borba Ferreyra, Lula da Souzanın prezident seçilməsindən sonra ölkədə baş verən iğtişaşlarla bağlı ittihamnamə ilə üzləşib.
Metbuat.az xəbər verir ki, Rivaldo Braziliyanın əsas qurumlarını işğal etməyə çalışan qrupların maliyyələşdirilməsinə töhfə verməkdə ittiham olunur. Braziliya Federal Polisi Rivaldonun üsyançılara pul verib-vermədiyini araşdırır. Çevriliş cəhdinin mümkün maliyyəçiləri kimi araşdırılan şəxslər arasında Neymarın bacısı Rafaela Santos da var. Rivaldonun vəkilləri keçmiş futbolçunun iğtişaşların lideri kimi axtarılan Salomao Vieyraya pul göndərdiyini etiraf ediblər, lakin bunun kilsə ehtiyacı olan insanlar üçün nəzərdə tutulduğunu irəli sürüblər.
Qeyd edək ki, Rivaldo və Rafaela Santos seçkilər zamanı Lulaya məğlub olan ifrat sağçı siyasətçi Jair Bolsonaroya simpatiyalarını ifadə ediblər.