Bill Qeytsdən tənbəl insanlar üçün diqqətçəkən proqnoz

Amerikalı iş adamı Bill Qeyts suni intelleklə bağlı diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, süni intellekt insanların kompüterlərdən istifadə tərzini dəyişəcək. Süni intellektin gələcəyi ilə bağlı bəzi proqnozlar irəli sürən Qeyts bildirib ki, ofisdə işləməsindən asılı olmayaraq hər kəsin süni intellektlə dəstəklənən şəxsi köməkçisi olacaq.

“Onlar bizim yaşam tərzimizi tamamilə dəyişəcəklər. Fərqli tapşırıqlar üçün fərqli tətbiqlərdən istifadə edilməyəcək. Siz nə etmək istədiyinizi telefonunuza və ya kompüterinizə söyləyirsiniz və o sizin istəyinizi yerinə yetirə bilər. Proqram təminatı bir şəxs olaraq sizin haqqınızda biliklərə əsaslanaraq tapşırıqları yerinə yetirə bilən “agent”dir. Onlar sizin haqqınızda nə qədər çox bilsələr, ehtiyaclarınızı bir o qədər qabaqlaya və sizə kömək edə bilərlər” - Bill Qeyts deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR