Silahlılar İsrailin itkilərini açıqladı

HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzzadakı qarşıdurma İsrail ordusuna məxsus 21 hərbi vasitənin tamamilə və ya qismən məhv edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, “İzzəddin əl-Qəssam Briqadaları”nın teleqram kanalında paylaşılan son döyüşlərlə bağlı məlumatda şimaldakı Beyt Hanunda İsrail qüvvələrinin gizləndiyi binanın dağıdıldığı qeyd edilib. Hücum zamanı binada olan İsrail əsgərlərinin öldüyü və ya yaralandığı bildirilib.

Açıqlamada Beyt Lahiyanın qərbinə sızmağa çalışan İsrailə məxsus 5 zirehli texnikanın “Yasin 105” tank əleyhinə raketlə hədəfə alındığı və onlardan 2-nin məhv edildiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR