ATV telekanalında yayımlanan “Bizimləsən” proqramında gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, efirdə anasının diz çökməsinə baxmayaraq, Aslan adlı oğlu sevdiyi qızdan əl çəkməyib.

3 övlad anası olan xanımından ayrılmaq istəyən kişi anasının yalvarışlarına məhəl qoymayıb. O, ayrılmayacağını bildirib.

Diz çökən ananı aparıcı Zaur Baxşəliyev ayağa qaldıraraq sakitləşdirməyə çalışıb.