Azərbaycan nefti ötən həftə 2%-dək ucuzlaşdı

Ötən həftə ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85,348 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,618 dollar və ya 1,86% azdır.

Mebuat.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 88,11 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 82 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı