Futbol tarixinin ən böyük təklifinə gözlənilməz cavab verdi

“Liverpul”un müdafiəçisi Virgil Van Deyk üçün diqqətçəkən iddia irəli sürülüb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hollandiyalı müdafiəçi Vircil Van Deykə təklif göndərdiyi bildirilir. “The Sun” qəzetinin xəbərinə görə, Səudiyyə komandası Van Deyk üçün illik 35 milyon avro məvacib təklif edib. 32 yaşlı ulduz futbolçunun bu təklifi qəbul etmədiyi iddia edilib. Bu, futbol tarixində indiyə qədər müdafiəçi üçün təklif edilən ən böyük məvacibdir. “Əl-Hilal” “Liverpul”la müqaviləsi 2025-ci ildə başa çatacaq təcrübəli futbolçu üçün "Liverpul"a 50 milyon avro təklif edib. Məlumata görə, buna baxmayaraq, Səudiyyə komandasının Virgil Van Deyk üçün yeni müqavilə təklifi göndərdiyi qeyd edilir.

Yeni müqavilə təklifində məvacibin daha çox olduğu qeyd edilir.32 yaşlı futbolçu bu mövsüm "Liverpul"un heyətində 11 matçda iştirak edib. Van Deyk bu matçlarda 2 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR