Bu gün Ağdaş və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Metbuat.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin 162,4-cü km-də və 147,5-ci km-də görüləcək təmir işləri ilə əlaqədar “Şəmsəbad 2-ci xətt” və “Göyçay-3” ölçü qovşaqlarından noyabrın 22-də saat 09:00-dan üç gün müddətində qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə (noyabrın 22-24-də) Ağdaş rayon mərkəzi daxil olmaqla rayonun Kükəl, Hüşün, Ərəb, Aral-1, Aral-2, Xosrov, Şəmsabad, Tofiqi, Qarağan Sədi, Qarağan Şıxlar, Əmirmahmud, Bulaqotağı, Yuxarı Qəsil, Aşağı Qəsil, Orta Qəsil, Gülbəndə, Bəylik, Şordəhnə, Qarağan Saatlı və Sadavat kəndlərinin, həmçinin Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Hüngütlü, Mallı-Şıxlı, Xəlitli, Çərəcə, Müskürlü, Qəbələ-Müskürlü, Yeniarx, Çərəkə, Şıxlar və Ərəbşahverdi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.