Peres Ançelottinin əvəzinə "Real"a bu məşqçini gətirir

"Real Madrid"lə müqaviləsi mövsümün sonunda bitəcək Karlo Ançelotti hələlik müqaviləsini yeniləməyib.

Metbuat.az xəbər verir ki, İspaniya mediasında "Real Madrid"in yeni baş məşqçisinin Roberto De Zerbinin olacağı ilə bağlı iddialar gündəm olub. İddiaları davam etdirən İspaniya mediası Florentino Peresin Roberto De Zerbiyə təklif irəli sürdüyü iddia edilib. “Sport”un xəbərinə görə, hazırda "Brayton"un baş məşqçisi olan Roberto De Zerbi son illərin ən güclü məşqçilərindən hesab edilir.

“Real” tərəfi "Brayton"da uğurlu karyerası olan və gənc futbolçulara üstünlük verən De Zerbinin klub üçün uğurlu olacağını irəli sürüb. Qeyd edək ki, "Brayton" Premyer Liqada 12 həftədən sonra 19 xalla 8-ci yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR