Dünənki yanğında ölən Şəfəq Novruzun dayısı - FOTO

Noyabrın 23-də Bakının Ziya Bünyadov prospektində inşaat materialları bazarındakı dəhşətli yanğında vəfat edən 61 yaşlı sahibkar Razi Qasımovun fotosu yayımlanıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, fotonu mərhumun bacısı oğlu, aktyor Cavidan Novruz paylaşaraq bunları yazıb:

“Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə... Çox üzdün bizi”, - C. Novruz yazıb.

Qeyd edək ki, R.Qasımov, həmçinin tanınmış stilist Şəfəq Novruzun dayısıdır. Cavidan və Şəfəq isə mərhum Xalq artisti Ramiz Novruzun övladlarıdır. R. Novruz bu il fevralın 21-də vəfat edib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı