Azərbaycana gələn əcnəbilərin sayı 30 faiz artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 17,9 faizi Türkiyə, 7,7 faizi İran, 5,1 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Küveyt, 1,4 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Moldovadan - 1,5 dəfə, Belarusdan - 1,5 dəfə, Özbəkistandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 45,8 faiz, Kanadadan - 42,7 faiz, ABŞ-dan - 39,4 faiz, Gürcüstandan - 30,5 faiz, Niderlanddan - 29,4 faiz, Küveytdən - 27,3 faiz, İsraildən - 27,2 faiz, Fransadan - 26,9 faiz, Böyük Britaniyadan - 25,7 faiz, Almaniyadan - 22,0 faiz, Türkiyədən - 20,3 faiz, Ukraynadan - 11,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,0 faiz artıb.

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49,6 faiz artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 faiz azalaraq 284,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,1 faiz artaraq 1545,2 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6 faiz, Türkiyəyə gedənlərin sayı 20,7 faiz artıb, İrana gedənlərin sayı 13,9 faiz azalıb. Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,5 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,2 faizini kişilər, 34,8 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,2 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı