Nazarbayev ilk dəfə ETİRAF ETDİ: "İkinci ailəm var"

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabında ikinci ailəsinin olduğunu etiraf edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Orda.kz portalı yazıb. Nəşr bildirir ki, tezliklə satışa çıxarılacaq kitabın hələlik ilk nüsxələrini siyasətçilər, ekspertlər və jurnalistlər alıb.

Şəxsən Nazarbayev tərəfindən yazılan xatirələrdə onun həyatının siyasi və şəxsi tərəflərinə toxunulub. Kitabda ilk dəfə olaraq Nazarbayev ikinci ailəsi, Asel İsabayeva və iki oğlu ilə bağlı etiraflar edib.

“Biz müsəlman adətinə görə evləndik. Asel mənə iki oğul övlad verdi. 2005-ci ildə Tauman, 2008-ci ildə isə Bayken anadan olub”, - deyə portal Nazarbayevin kitabdakı sözlərindən sitat gətirib.

Eks-prezidentin 1962-ci ildə ailə qurduğu həyat yoldaşı Sara Nazarbayevanın da ərinin ikinci arvadı və uşaqları haqda məlumatı olub.

Qeyd edək ki, iyun ayında Qazaxıstan Senatı Nazarbayevi onun adını daşıyan universitet, məktəb və fondun rəhbəri statusundan məhrum edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR