İtkin düşən balıqçıların yaxınları danışdı - "Belə havada batmazlar"

Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların yaxınları Baku TV-yə danışıblar.

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı Mahmud İbayevin qayınatası Hüseynağa Şahbazovun sözlərinə görə, 30 saatdan çoxdur ki, kürəkənindən xəbər yoxdur:

"Dünən saat 8-in yarısında dənizə gediblər, geri qayıtmayıblar. Onların olduğu tərəfdən gəmi gəlib, bəlkə də vurub onu, batıb dənizə. Bunu ancaq müvafiq qurumlar aydınlaşdıra bilər". "Dünən dəniz çox sakit idi, külək yox idi. Uşaqlar da orada idi, onları görüblər, danışıblar. Aşağı düşəndə duman olub, sonra yoxa çıxıblar. Ehtimal olunur ki, İrana tərəf gedən yolda azıblar. Batma ehtimalları azdır, belə sakit havada bu, mümkün deyil",- deyə balıqçı İsmayıl Abbasov bildirib.

Qeyd edək ki, Lənkəranda yanvarın 13-də itkin düşən balıqçılar - 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasovun axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Ətraflı süjetdə:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı