Azərbaycanlı şairə qəzada ölən boksçunun ürəyi köçürüldü

Noyabrın 20-də Türkiyənin İsparta bölgəsində keçirdiyi qəzadan 4 gün sonra dünyasını dəyişən milli boksçu, dördüncü kurs tələbəsi, 24 yaşlı Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda türk mediası yazıb. 24 yaşlı Fərid Əzimlinin əməliyyatı Türkiyədə gerçəkləşib. Bildirilib ki, hazırda Fərid özünü yaxşı hiss edir.

Qeyd edilib ki, sürücü idarəetməni itirib və maşın 3 dəfə aşıb, ağaca çırpılıb. Maşında sıxışan Gökhan Kaynar orada xilas edilib. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Bütün müdaxilələrə baxmayaraq, Gökhanın beyin ölümü noyabrın 24-də baş verib. Onun atası, boks üzrə məşqçi Enes Kaynar və həyat yoldaşı Hüsniyə oğullarının orqanlarını bağışlayıblar.

Həmin vaxt ürəyin Azərbaycan əsilli şair, Akdeniz Universitetinin sosiologiya fakültəsinin üçüncü kurs tələbəsi Fərid Əzimliyə uyğun olduğu müəyyən edilib. 6 ildir ki, ürək dəstəkləyici cihazla yaşayan Fərid əməliyyat olunub və ürək köçürülüb.

Gökhanın bağışladığı ürək, ağciyər, iki böyrək və mədəaltı vəzi 4 nəfərin həyatını xilas edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı