Goranboyda qadın yanıq xəsarətləri aldı

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Metbuat.az xəbər verir ki, rayon sakini, 1979-cu il təvəllüdlü G.Fərmanova əl və üz nahiyyəsinin yanığı diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qadın səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub. O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı